Birxeber.az / Astarada 2-ci mərtəbədən yıxılan gənc qızın beli sınıb

Astarada 2-ci mərtəbədən yıxılan gənc qızın beli sınıb

6-03-2024, 03:40

Astara rayonunda bədbəxt hadisə zamanı 21 yaşlı gəncin bel fəqərəsi sınıb.

“Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Xacaxanova Rüfanə Rüfət qızı yaşadığı evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqdan yerə yıxılıb.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt