Birxeber.az / Narışkin: Aleksey Navalnı öz əcəli ilə ölüb

Narışkin: Aleksey Navalnı öz əcəli ilə ölüb

6-03-2024, 00:50

Aleksey Navalnı öz əcəli ilə dünyasını dəyişib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Soloviev Live"ə müsahibəsində bildirib.

“Düşünmürəm ki, bu, bir növ xüsusi plandır, amma təəssüf ki, insanların bir özəlliyi var: gec-tez həyat qurtarır, ölürlər. Bəli, Navalnı öz əcəli ilə ölüb”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Federal Penitensiar Xidməti fevralın 16-da Navalnının vəfat etdiyini açıqlayıb. O, Yamalo-Nenets Muxtar Dairəsindəki “Qütb canavarı” koloniyasında vəfat edib. Federal Penitensiar Xidmətin məlumatına görə, Navalnının gəzintidən sonra halı pisləşib və o, huşunu itirib, koloniyanın tibb işçiləri və gələn təcili yardım onu ​​reanimasiya etməyə çalışsa da, heç bir nəticə verməyib.

Geri qayıt