Birxeber.az / Azərbaycan və Rusiya sərhəd buraxılış məntəqələrinin inkişafı planını təsdiqləyib

Azərbaycan və Rusiya sərhəd buraxılış məntəqələrinin inkişafı planını təsdiqləyib

5-03-2024, 20:40

Azərbaycan və Rusiya baş nazirləri Əli Əsədov ilə Mixail Mişustin arasında Bakıda keçirilən danışıqlardan sonra Rusiya-Azərbaycan sərhədində keçid məntəqələrinin inkişafı üzrə fəaliyyət planı imzalanıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu sənədi Azərbaycan tərəfdən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Rusiya tərəfdən isə nəqliyyat naziri Vitali Savelyev imzalayıblar.

Nazirlər həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı və ona xidmət göstərilməsi qaydası haqqında hökumətlərarası saziş imzalayıblar.

Geri qayıt