Birxeber.az / Beynəlxalq Məhkəmə Rusiyanın yüksək rütbəli zabitlərinin həbsinə order verib

Beynəlxalq Məhkəmə Rusiyanın yüksək rütbəli zabitlərinin həbsinə order verib

5-03-2024, 18:40

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabitinin həbsinə order verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, onlar Rusiyanın uzaqmənzilli aviasiyasının komandiri Sergey Kobılaş və Qara dəniz donanmasının komandiri Viktor Sokolovdur.

Qərarın səbəbi hələ ki, açıqlanmayıb.

Geri qayıt