Birxeber.az / Azərbaycanda daşınar əmlaka dair yüklülük bildirişlərinin sayı kəskin artıb

Azərbaycanda daşınar əmlaka dair yüklülük bildirişlərinin sayı kəskin artıb

5-03-2024, 17:40

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 220,6 min yüklülük bildirişi olub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 69,7 % çoxdur.

Başqa sözlə, yüklülük bildirişlərinin 90,6 mini ötən il qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 91,1 % çoxdur.

Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

Geri qayıt