Birxeber.az / “Top-5” liqaların futbolçularından ibarət rəmzi komanda açıqlanıb

“Top-5” liqaların futbolçularından ibarət rəmzi komanda açıqlanıb

5-03-2024, 16:40

Avropanın “Top-5” liqalarının futbolçularından ibarət rəmzi komanda açıqlanıb.

“Report” xəbər verir ki, milli çempionatlarda baş tutan hər turun matçlarından sonra müəyyənləşdirilən “11-lik” bu dəfə 3-4-3 sxeminə uyğun tərtib olunub.

Rəmzi komandaya ən çox futbolçu verən çempionat İspaniya La Liqasıdır. Həmin turnirdən 3 oyunçu “11-liy”ə düşüb. Fransa, İngiltərə, Almaniya və İtaliya yüksək liqalarının hərəsindən isə 2 futbolçu həftənin komandasında yer alıb.

Qapıçı: Radoslav Mayetski (“Monako”, Fransa)

Müdafiəçilər: Serxio Ramos (“Sevilya”, İspaniya), Kristian Romero (“Tottenhem”, İngiltərə), Xose Manuel Kopete (“Malyorka”, İspaniya)

Yarımmüdafiəçilər: Conatan Klauss (“Marsel”, Fransa), Camal Musiala (“Bavariya”, Almaniya), Lyuis Ferqyuson (“Bolonya”, İtaliya), Aleks Qrimaldo (“Bayer”, Almaniya)

Hücumçular: Fil Foden (“Mançester Siti”, İngiltərə), Aleksander Sorlot (“Vilyarreal”, İspaniya), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya)

Geri qayıt