Birxeber.az / “Azərpoçt” ötən il 125 minə yaxın ödəniş kartı buraxıb

“Azərpoçt” ötən il 125 minə yaxın ödəniş kartı buraxıb

5-03-2024, 16:40

2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 124,7 min ədəd ödəniş kartı emissiya edib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, bununla da milli poçt operatoruna məxsus ödəniş kartlarının sayı 391,8 min ədədə çatıb.

Ümumilikdə, “Azərpoçt”un şəbəkəsində 72 ədəd ATM, 190 ədəd POS cash, 554 ədəd POS retail, 221 ədəd səyyar ödəniş qəbulu terminalı və 20 ədəd SmartPay ödəniş terminalı vasitəsilə vətəndaşlara xidmət göstərilir.

Geri qayıt