Birxeber.az / AVRO-2025: Azərbaycanın qadınlardan ibarət millisinin rəqibləri bəlli olub

AVRO-2025: Azərbaycanın qadınlardan ibarət millisinin rəqibləri bəlli olub

5-03-2024, 16:40

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

“Birxeber.Az”un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.

Geri qayıt