Birxeber.az / Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var - FOTO

Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var - FOTO

5-03-2024, 15:50

Bakı-Quba yolunda, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın Şimal bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində həlak olub.
Avtomobildə olan digər 3 nəfər - 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı, 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu və 2023-cü il təvəllüdlü Nuray Kazımova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Geri qayıt