Birxeber.az / Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var

5-03-2024, 15:40

Şabran rayonunda avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, rayonun Gəndob kəndi ərazisində "Hyundai - Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində ölüb.

Bakı şəhər sakini, 2023-cü il təvəllüdlü Nuray Kazımova, Xaçmaz şəhər sakinləri - 1976-ci il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı və 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu ağır bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt