Birxeber.az / 2023-cü ildə məişət zorakılığından əziyyət çəkən 83 nəfərə mühafizə orderi verilib

2023-cü ildə məişət zorakılığından əziyyət çəkən 83 nəfərə mühafizə orderi verilib

5-03-2024, 15:40

Ötən il məişət zorakılığından əziyyət çəkən 83 nəfərə mühafizə orderi verilib.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabata əsasən, 2023-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 553 müraciət daxil olub.

Komitənin "860 - Gender əsaslı zorakılıqla bağlı dəstək xətti"inə isə 302 dəfə müraciət edilib.

Hesabatda qeyd edilib ki, məişət zorakılığı ilə bağlı müraciətlərə dair zəruri tədbirlər görülüb, aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

Geri qayıt