Birxeber.az / "Qarabağ"ın oyununa görə metropolitenin iş rejimində dəyişiklik edilib

"Qarabağ"ın oyununa görə metropolitenin iş rejimində dəyişiklik edilib

5-03-2024, 14:40

“Qarabağ” Bakıda "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Bu barədə "Birxeber.Az"a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Geri qayıt