Birxeber.az / The Economist: Sağlam düşüncə, əslində, çox da sağlam deyil

The Economist: Sağlam düşüncə, əslində, çox da sağlam deyil

25-01-2024, 08:40

Sağlam düşüncə heç də göründüyü qədər sağlam deyil. Sağlam düşüncə sayılan çox az iddia hamı tərəfindən qəbulolunandır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Economist”in məqaləsində qeyd olunub.

1776-cı ildə Amerikanın müstəmləkəsində yaşayan ingilis Tomas Peyn 47 səhifəlik üsyankar ruhlu pamflet nəşr edib. “Sağlam düşüncə” adlı kitab bestsellərə çevrildi. O iddia edirdi ki, müstəmləkələr Britaniya idarəsindən müstəqilliyini elan etməlidirlər. Bir müddət sonra elə həmin onlar bunu etdilər.

Sağlam düşüncəyə müraciət etmək – xüsusən də üsyançı özünü yadlaşmış və reallıqdan qopmuş olduğu hesab edilən elitadan ayırd etmək istəyərkən – siyasətin başlıca ünsürüdür. Lakin “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilmiş məqalədə Pensilvaniya Universitetindən hesablamalı sosial elmlər mütəxəssisləri olan (“computational social scientists” – red.) Mark Uaytinq və Dunkan Uotts bu fikrin nadirən diqqətlə tədqiq edildiyi qeyd edirlər.

Sözügedən iki araşdırmaçı bunu aydınlaşdırmaq üçün yola çıxıb. Onlar standart sağlam düşüncə konsepsiyasının dairəvi tərifə malik olduğunu qeyd etməklə başlayıblar: sağlam düşüncə sağlamdüşüncəli insanların razılaşdığı iddialar yığınıdır, sağlamdüşüncəlilər isə sağlam düşüncəyə malik insanlardır.

Bu cür fəlsəfi dolaşıqlıqlardan yan keçmək məqsədilə araşdırmaçılar insanların xırda işləri ilə bağlı paylaşım etməyə imkan verən “Amazon Mechanical Turk”ə (“Amazon”un kraudsorsinq platformasıdır, başqa sözlərlə istifadəçilərin, xüsusən də biznesmenlərin kompüter üçün mürəkkəb, insan üçün isə sadə hesab edilən sualları ünvanladığı platformadır – red.) üz tutublar. Araşdırmaçılar 2 046 iştirakçı yığaraq onlardan sağlamdüşüncəli kimi görünən 4 407 iddiadan ibarət topludan 50 müddəanı qiymətləndirməklərini istəyiblər.

Sağlam düşüncənin təxmin edə biləcəyi kimi, araşdırmaçılar real dünya haqqında faktlarla bağlı aydın ifadə edilmiş iddiaların sağlam düşüncə (“üçbucaqların üç tərəfi var” və ya “ xəstə insanlarla yaxın təmasdan çəkinin”) nümayiş etdirən kimi qiymətləndirilmək ehtimalının yüksək olduğunu müəyyən ediblər. İddialar mücərrədləşdikcə, iştirakçıların onların sağlam düşüncə (“bütün insanlar bərabər yaradılıb”; “qavrayış yeganə bilik mənbəyidir”) olduğuna razı olma ehtimalı da bir o qədər az idi.

Tədqiqatçılar iddiaları mövzuya görə böldükdə, texnologiya və elmlə bağlı olanların sağlamdüşüncəli kimi qiymətləndirilmə ehtimalının ən yüksək, tarix və fəlsəfə ilə bağlı mövzuların – ən az olduğunu ortaya çıxarıblar. Sosial qavrayış və fərdin öz baxışlarını mülahizəetmə bacarığının psixoloji ölçülərinin təsirli olmasına baxmayaraq, respondentlərin yaşı, cinsi, gəliri və şəxsi siyasəti onların sağlam düşüncə saydığı şeylərə az təsir göstərib.

Fərdi fikirləri tədqiq edərək araşdırmaçılar sağlam düşüncənin böyük qruplar arasında necə işlədiyini nəzərdən keçiriblər. Burada onlar gözləniləndən daha az uzlaşma müəyyən ediblər. Topludakı iddiaların yalnız təxminən 44 %-i respondentlərin ən azı 75 %-i tərəfindən sağlam düşüncə kimi qiymətləndirilib. Hər kəsin iddianı qəbul etməli olduğu daha qatı sağlam düşüncə tərifi bu rəqəmi cəmi 6,6 %-ə endirir. Düşüncə qırılmasının harada olması müzakirə mövzusudur. Ancaq həqiqətən “sağlam” düşüncə, deyəsən, ələkeçməz bir şeydir.

Geri qayıt