Birxeber.az / Neft Fondunun "Şahdəniz"dən bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Neft Fondunun "Şahdəniz"dən bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

5-03-2024, 12:50

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 78,5 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 6,8 dəfə azalma deməkdir.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.03.2024 tarixinə) 15,7 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə azalma deməkdir.

Geri qayıt