Birxeber.az / “Google” süni intellekt çip haqlarının pozuntusu ilə bağlı təxminən 1,7 milyard dollar ödəyəcək

“Google” süni intellekt çip haqlarının pozuntusu ilə bağlı təxminən 1,7 milyard dollar ödəyəcək

25-01-2024, 08:40

ABŞ-nin texnologiya nəhəngi “Google”, şirkətin süni intellekt (Sİ) avadanlıqlarında tətbiq edilən çiplərlə bağlı patent pozuntusu iddiasında razılığa gəlib.

“Birxeber.Az” “Reuters”ə istinadən xəbər verir ki, iddiaçı, “Google”un verilənlərin (data) emalı sahəsindəki innovasiyalardan sui-istifadə etdiyinə görə 1,67 milyard dollar məbləğində təzminat tələb edən “Singular Computing” şirkəti olub.

Bundan əvvəl massaçusetsli kompüter alimi Cozef Beyts tərəfindən təsis edilmiş “Singular”, “Google”un öz texnologiyasını “Google Search”, “Gmail”, “Google Translate” və digər xidmətlərdə Sİ funksiyalarını dəstəkləyən prosessorlara daxil etdiyini bildirmişdi.

2019-cu il iddiasında Beytsin 2010-2014-cü illər arasında ixtiralarını şirkətlə paylaşdığı bildirilir. İddiada həm də “Google”un tenzor prosessorlarını Beytsdən köçürdüyü və iki patenti pozduğu qeyd olunub. “Google” ittihamları rədd edərək qeyd olunan texnologiyaları müstəqil şəkildə hazırladığını bildirib.

Nizamlanmanın təfərrüatları hələlik açıqlanmayıb. “Google” və “Singular”ın nümayəndələri jurnalistlərə razılaşmanı təsdiqləsələr də, əlavə məlumat verməyiblər.

Geri qayıt