Birxeber.az / Mikayıl Cabbarov: "Bu il əmək müqavilələrinin sayı 26 minə qədər artıb"

Mikayıl Cabbarov: "Bu il əmək müqavilələrinin sayı 26 minə qədər artıb"

5-03-2024, 12:40

Bu ilin əvvəlindən Azərbaycanda əmək müqavilələrinin sayı 26 minə qədər artıb və bunun 23 mindən çoxu qeyri-neft-qaz özəl sektorunda qeydə alınıb.

"Birxeber.Az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qeyri-neft-qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50 %-i keçib. İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyə qədər işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb"- deyə o qeyd edib.

Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu #qeyrineft-qaz özəl sektorda qeydə alınıb. Qeyri-neft-#qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59… pic.twitter.com/JXRUXDgRra

— Mikayil Jabbarov (@MikayilJabbarov) March 5, 2024
Geri qayıt