Birxeber.az / Rəvan Həsənov: İslamofobiya, Türkofobiya, Azərbaycanofobiyanın mövcudluğu bir reallıqdır

Rəvan Həsənov: İslamofobiya, Türkofobiya, Azərbaycanofobiyanın mövcudluğu bir reallıqdır

5-03-2024, 11:40

İslamofobiya, Türkofobiya, Azərbaycanofobiyanın mövcudluğu bir reallıqdır. Bəzi Qərb ölkələrinin bu istiqamətdə atdığı addımlar dinin siyasiləşməsinə gətirib çıxarır.

“Report” xəbər verir ki, bu fikirləri Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçiriləcək tədbirlə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, martın 8-9-da baş tutacaq konfransda İslamofobiyanın yeni simaları elmi müstəvidə müzakirə ediləcək:
“Əsas plenar iclasda ICESCO-nun da həmtəşkilatçılığı mövcuddur. Keçən il əsası qoyulan bu konfransın dayanıqlı platforma olması planlaşdırılır. Azərbaycan birinci ölkələrdən idi ki, İslamofobiyanı bu səviyyədə müzakirəyə çıxarırdı”.

R.Həsənov vurğulayıb ki, keçən il keçirilən konfransın materialları çap olunub: “Bu mövzuları tədris proqramlarına inteqrasiya edirik. Artıq bir sıra təşkilatlar İslamofobiya mövzusunda tədbirlərin təşkilində maraqlıdır. Ötən ildən keçirilən bu tədbir artıq bir sıra siyasi dairələrdə ciddi narahatlıq doğurub”.

Geri qayıt