Birxeber.az / Saatlıda motosikletçi yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçərək öldürüb

Saatlıda motosikletçi yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçərək öldürüb

5-03-2024, 09:50

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib.

APA xəbər verir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.

Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Geri qayıt