Birxeber.az / Çində 5,2 mqnitudalı zəlzələ baş verib

Çində 5,2 mqnitudalı zəlzələ baş verib

25-01-2024, 04:50

Çinin Qırğızıstanla sərhəddində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Episentri Çinin Aksu mahalından 146 kilometr qərbdə olan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 23-də Çində 7,1 maqnitudalı zəlzələ baş verib.

Geri qayıt