Birxeber.az / Konqoda yenidən ordu ilə üsyançıların şiddətli döyüşləri başlayıb

Konqoda yenidən ordu ilə üsyançıların şiddətli döyüşləri başlayıb

5-03-2024, 04:40

Konqo Demokratik Respublikasının şərqində (Şimali Kivu əyalətinin Rutşuru dairəsi) hökumətin hərbi bölmələri ilə “23 Mart Hərəkatı” (M23) qrupunun üsyançıları arasında gün ərzində gərgin döyüşlər gedib.

"Report"un məlumatına görə, bu barədə Konqonun "Okapi" radiostansiyası məlumat yayıb.

Qeyd edilir ki, döyüşlərin mərkəzi Nyanzale şəhərinin ətrafı və magistralın Mabenqa bölgəsindəki bir hissəsi olub. Hər iki tərəf ağır silahlardan istifadə edib. Müharibə bölgələrindən əhalinin köçü başlayıb. “Agence France-Presse”nin məlumatına görə, təkcə bazar ertəsi 15 mülki şəxs həlak olub.

Bir neçə günlük sakitlikdən sonra şiddətli döyüşlər yenidən başlayıb. Üsyançılar fasilədən bir neçə bölgədə hökumət qüvvələrinin mövqelərinə qarşı hücumu davam etdirmək üçün qoşunlarını yenidən toplamaq, artırmaq üçün istifadə edib.

Geri qayıt