Birxeber.az / Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

4-03-2024, 21:50

ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibəyə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların müddətini bir il müddətinə uzadıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib:

"Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı İcra Sərəncamı ilə yaradılmış milli fövqəladə vəziyyətin uzadılmasının zəruriliyi var", - deyə Baydenin Konqrəsə göndərdiyi məktubda bildirilib.

Qeyd edək ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyaları 2014-cü il martın 6-da tətbiq edilib.

Bundan sonra bu qərarlar mütəmadi olaraq uzadılıb.

Geri qayıt