Birxeber.az / Makron: Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür

Makron: Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür

4-03-2024, 19:50

Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür.

APA xəbər verir ki, bunu Çexiyanın “Pravo” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

“Bu o demək deyil ki, biz Fransa qoşunlarını yaxın vaxtlarda Ukraynaya göndərməyi düşünürük, ancaq müzakirə açırıq və Ukraynaya, xüsusən də Ukrayna ərazisinə dəstək olmaq üçün edilə biləcək hər şeyi düşünürük”, - Makron bildirib.

Geri qayıt