Birxeber.az / Zelenski “İL-76” hərbi təyyarənin qəzası ilə bağlı məsələyə münasibət bildirib

Zelenski “İL-76” hərbi təyyarənin qəzası ilə bağlı məsələyə münasibət bildirib

25-01-2024, 03:40

Rusiya ukraynalı məhbusların həyatı, onların qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayır.

"Birxeber.Az" xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində “İL-76” hərbi təyyarənin qəzası ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

“Mən Umerov, Zalujnı, Şaptal, Budanov və Malyuka zəng etdim. Onlar təyyarə və mübadilə ilə bağlı vəziyyət barədə məlumat verdilər. Aydındır ki, ruslar ukraynalı məhbusların həyatı, qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayırlar”, - deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bütün aydın faktları müəyyən etmək lazımdır.

"Faktlar indi əsas sözdür. Baş Kəşfiyyat İdarəsi bütün məhbusların taleyinə aydınlıq gətirir. Təhlükəsizlik Xidməti bütün şəraiti araşdırır. Mən xarici işlər nazirinə Ukraynadakı mövcud məlumatlar barədə tərəfdaşları məlumatlandırmağı tapşırdım. Dövlətimiz beynəlxalq araşdırmada israrlı olacaq”, - deyə Zelenski əlavə edib.

Geri qayıt