Birxeber.az / Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir

Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçirilir

4-03-2024, 17:40

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir.

“Report” xəbər verir ki, toplantı prezident iqamətgahında baş tutur.

Toplantının əsas müzakirə mövzuları Qəzzadakı vəziyyət, F-16 qırıcılarının tədarükü, həmçinin terrorla mübarizədir.

Bundan başqa, digər daxili məsələlər, o cümlədən Ramazan bayramı ərəfəsində qiymət artımına nəzarət də gündəlikdədir.

Geri qayıt