Birxeber.az / Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat alıb - EKSKLÜZİV

Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat alıb - EKSKLÜZİV

4-03-2024, 17:40

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

"Report"un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.

Geri qayıt