Birxeber.az / Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edəcək

Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisinin komitə iclasında iştirak edəcək

4-03-2024, 16:40

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclası keçiriləcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, parlamentin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov bu gün Şimali Makedoniyanın Skopye şəhərinə səfər edəcəklər.

Milli Məclisin deputatları səfər çərçivəsində QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər martın 6-da başa çatacaq.

Geri qayıt