Birxeber.az / Paşinyan xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən azad edib

Paşinyan xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən azad edib

4-03-2024, 14:50

Edmon Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilib.

Birxeber.Az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistan Respublikasının Baş nazirinin qərarına əsasən, o postundan azad edilib.
"Parlaq Ermənistan" partiyasının sədri Edmon Marukyan 2022-ci il martın 14-də xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.
Fevralın 29-da Edmon Marukyan Baş nazir Nikol Paşinyana vəzifəsindən azad edilməsi barədə ərizə təqdim etdiyini açıqlayıb. Marukyan qərarını fundamental xarici siyasət məsələlərində hakimiyyətlə baxış fərqləri ilə əsaslandırıb.

Geri qayıt