Birxeber.az / Azərbaycan Dubay Maliyyə Mərkəzi ilə maliyyə xidmətləri sahəsində yenilikləri müzakirə edib

Azərbaycan Dubay Maliyyə Mərkəzi ilə maliyyə xidmətləri sahəsində yenilikləri müzakirə edib

4-03-2024, 14:40

Azərbaycan Mərkəzi Bankı (AMB) Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) ilə maliyyə xidmətləri sahəsindəki yenilikləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BƏƏ-yə səfərimiz çərçivəsində Dubay şəhərində yerləşən DIFC-in sədri Essa Kazim ilə keçirilən görüşdən məmnun olduq.

Görüş zamanı BƏƏ-nin maliyyə sektoru ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməklə yanaşı maliyyə xidmətləri sahəsində Mərkəzin təqdim etdiyi xidmətlər və yeniliklərlə tanış olduq", - T. Kazımov qeyd edib.

BƏƏ-yə səfərimiz çərçivəsində Dubay şəhərində yerləşən Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (@DIFC) sədri Essa Kazim ilə keçirilən görüşdən məmnun olduq.
Görüş zamanı BƏƏ-nin maliyyə sektoru ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməklə yanaşı maliyyə xidmətləri sahəsində… pic.twitter.com/hX32Tneytv

— Taleh Kazimov (@TalehKazimov_T) March 4, 2024
Geri qayıt