Birxeber.az / TÜRKPA komissiya sədri: Özbəkistan və Türkmənistanın da üzv olmasını istəyirik

TÜRKPA komissiya sədri: Özbəkistan və Türkmənistanın da üzv olmasını istəyirik

4-03-2024, 11:50

Avropada bəzi təşkilatların Azərbaycana qarşı təzyiqləri bizim üçün yox hesab edilir. Biz hər zaman qardaş Azərbaycanın yanındayıq.

APA xəbər verir ki, bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının 11-ci iclasında deyib.

Deputat Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq qeyd edib ki, iki ölkə tarixləri boyunca sülhə ilk dəfədir ki, bu qədər yaxındır.

Osman Mesten hazırda Özbəkistan və Türkmənistanın təşkilatda müşahidəçi qismində iştirak etdiklərini deyib: "Biz istəyirik ki, onlar da bizim təşkilata üzv olsunlar. Bizim birlikdə olmağımız dosta qüvvət, düşmənə mesajdır".

Geri qayıt