Birxeber.az / Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək

4-03-2024, 10:40

Futbol üzrə Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “pamfleti.net” saytı məlumat yayıb.

Bildirilib ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq və yerli vaxtla saat 20:45-də başlayacaq. Bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.

Qeyd edək ki, Albaniya yığması Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə aparacaq. Albanlar ilk oyunlarını iyunun 15-də İtaliyaya qarşı keçirəcəklər.

Geri qayıt