Birxeber.az / Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

4-03-2024, 08:40

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qıraqlı kənd tam orta məktəbinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, təxminən 65-66 yaşlı kişini avtomobil vuraraq öldürüb. Sürücü isə hadisə yerindən qaçıb.

Hazırda piyadanın, habelə sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt