Birxeber.az / Azərbaycan Basketbol Liqası: "Xırdalan" sürpriz və əzmkar qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "Xırdalan" sürpriz və əzmkar qələbə qazanıb

24-01-2024, 22:40

Azərbaycan Basketbol Liqasında 12-ci turun daha bir oyunu baş tutub.

"Report" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində çempionatın favoriti "Sabah" pley-off zonasında qərarlaşan "Xırdalan" ilə qarşılaşıb.

Əlavə vaxta gedən gərgin matçın yekununda "Xırdalan" 107:103 hesabı ilə sürpriz və əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 19 xal olan "Xırdalan" dördüncü pillədə qərarlaşıb.

Geri qayıt