Birxeber.az / Küveyt neft hasilatının könüllü azaldılmasını uzadıb

Küveyt neft hasilatının könüllü azaldılmasını uzadıb

3-03-2024, 20:40

Küveyt neft hasilatının əlavə könüllü azaldılmasını ikinci rübdə uzadıb.

“Birxeber.Az” “Kuna”ya istinadən xəbər verir ki, bu barədə neft naziri İmad əl-Atiqi bildirib.

Qeyd olunub ki, Küveyt birinci rübdə hasilatı sutkada 135 min barel azaldıb və növbəti rüb üçün tədbirlərin uzadılmasını elan etmiş ilk OPEC+ ölkəsi olub. Eyni zamanda, “Bloomberg”in məlumatına görə, həm Küveyt, həm də oxşar öhdəliklər götürmüş digər dövlətlər neft hasilatının azaldılmasını 2024-cü ilin iyun ayına qədər uzatmağa razılaşıblar.

Geri qayıt