Birxeber.az / Masallının iki kəndinə ilk dəfə elektrik enerjisi xətti çəkiləcək

Masallının iki kəndinə ilk dəfə elektrik enerjisi xətti çəkiləcək

3-03-2024, 18:40

Masallı rayonunun iki kəndinə ilk dəfə elektrik xətti çəkiləcək.

"Report"un məlumatına görə, rayonun Ulum və Dico kəndləri elektrik enerjisi ilə təmin olunacaq.

Artıq Nazırlər Kabineti tərəfindən sözügedən kəndlərdə yaşayan sakinlərin sosial problemlərinin həlli ilə əlaqədar elektrik xəttinin çəkilməsi istiqamətində qərar qəbul edilib.

Qeyd edək ki, rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Miyankü kənd inzibati ərazi dairəsinə daxil olan Ulum və Dico kəndləri dağlıq ərazidə və çətin relyefdə yerləşir. Hazırda Dico kəndində bir, Ulum kəndində isə iki ailə yaşayır.

Geri qayıt