Birxeber.az / "İnter" baş məşqçisi ilə yeni müqavilə imzalayacaq

"İnter" baş məşqçisi ilə yeni müqavilə imzalayacaq

3-03-2024, 13:40

İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzaginin müqaviləsinin müddətini uzadacaq.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, 47 yaşlı mütəxəssisin sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulacaq.

Yeni müqavilədə İnzaginin maaşının artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Komanda ötən mövsüm UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə uduzub. Milan təmsilçisi hazırda A Seriyasında 69 xalla liderdir.

Geri qayıt