Birxeber.az / Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib

3-03-2024, 13:40

Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.

“Report” xəbər verir ki, bu barədə “PTV News” yazıb.

Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i Şahbaz Şərifin lehinə səs verib.

Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.

Geri qayıt