Birxeber.az / Türkiyədə “Kosmos Haqqında” qanun qəbul oluna bilər

Türkiyədə “Kosmos Haqqında” qanun qəbul oluna bilər

24-01-2024, 20:50

Türkiyədə “Kosmos Haqqında” qanun qəbul oluna bilər.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib.

O qeyd edib ki, qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi üçün işlər davam edir.

Bundan əlavə, Ankarada Kosmik Texnologiyaların İnkişafı Zonasının yaradılması da nəzərdə tutulub.

Geri qayıt