Birxeber.az / Yeni Zelandiya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

3-03-2024, 06:50

Sakit okeanda Yeni Zelandiyanın tərkib hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Hiks-Bey şəhərindən 675 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Geri qayıt