Birxeber.az / Rusiya Odessada binaya zərbə endirib, 8 nəfər ölüb

Rusiya Odessada binaya zərbə endirib, 8 nəfər ölüb

3-03-2024, 00:50

Odessada Rusiyanın pilotsuz uçan aparatının vurduğu evin dağıntıları altından daha bir cəsəd tapılıb.

Birxeber.Az bu barədə RBC-Ukraynaya istinadən xəbər verir.

Hadisə nəticəsində ölənlərin sayı səkkizə çatıb.

"Rusiyanın çoxmərtəbəli binaya endirdiyi zərbə nəticəsində səkkizinci şəxsin meyiti dağıntılar altından tapılıb", - xilasedicilər bildirib.

Hazırda cəsədin binanın dağıntıları altından çıxarılması istiqamətində iş aparılır.

Geri qayıt