Birxeber.az / Sabirabad sakini dəm qazından zəhərlənib

Sabirabad sakini dəm qazından zəhərlənib

2-03-2024, 20:50

Sabirabad sakini dəm qazından zəhərlənib.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Mədətova Mahirə Məhəmməd qızı dəm qazından zəhərlənib.

51 yaşlı qadın Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Geri qayıt