Birxeber.az / Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

2-03-2024, 17:40

Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,3 bənd təşkil edib.

“Birxeber.Az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 bənd, ötən il fevralın 1-i ilə müqayisədə isə 7,4 bənd çoxdur.

Yanvarın sonuna manatın real effektiv məzənnəsi isə 121,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd, illik müqayisədə isə 0,1 bənd çoxdur.

Geri qayıt