Birxeber.az / “Azəriqaz”: Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq

“Azəriqaz”: Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq

2-03-2024, 12:50

"SmartElektroniks" MMC tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan səbəbdən ödəniş sistemi 02.03.2024-ci il saat 22:00-dan 03.03.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - məlumatda qeyd olunur.

Geri qayıt