Birxeber.az / Ceyhun Bayramov: Ermənistan qızışdırıcı bəyanatlar verməkdən çəkinməlidir

Ceyhun Bayramov: Ermənistan qızışdırıcı bəyanatlar verməkdən çəkinməlidir

2-03-2024, 11:40

Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında yazıb.

O, Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşdüyünü, onunla regional və beynəlxalq hadisələr barədə danışdığını qeyd edib.

Within @AntalyaDF met with @HelgaSchmid_SG. Underscored that Armenia needs to refrain from making inflammatory remarks and statements to avoid further damaging the Azerbaijan-Armenia peace and normalization process. We also talked about regional and international developments. pic.twitter.com/KF9vnPjvsI

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) March 2, 2024
Geri qayıt