Birxeber.az / Azərbaycan XİN başçısı Müqəddəs Taxt-Tacın nümayəndəsi ilə Ermənsitanla normallaşma əlaqələri barədə danışıb

Azərbaycan XİN başçısı Müqəddəs Taxt-Tacın nümayəndəsi ilə Ermənsitanla normallaşma əlaqələri barədə danışıb

2-03-2024, 11:40

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.

In the margins of #ADF2024, meeting between Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun & #HolySee Archbishop Paul Richard Gallagher was held.

The sides discussed wide range of issues regarding cooperation agenda, and Azerbaijan-Armenia normalization process. pic.twitter.com/5MYpG6jpVw

— MFA Azerbaijan (@AzerbaijanMFA) March 2, 2024
Geri qayıt