Birxeber.az / Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub

2-03-2024, 08:50

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1967-ci il təvəllüdlü M.Məmmədovu vurub.

57 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt