Birxeber.az / Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılacaq

Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılacaq

1-03-2024, 19:40

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılacaq.

“Birxeber.Az” verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının rəhbəri, professor Hasan Mandalla keçirilən görüşdə mövcud 7 etalon laboratoriyasının təkmilləşdirilməsi istiqamətində görülən işlər, həmçinin kadr potensialının artırılması və keyfiyyət infrastrukturu sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə M. Abbasbəyli qeyd edib.


Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (@Tubitak) rəhbəri, professor Hasan Mandalla görüş keçirdik.

Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (@antiinhisar) tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (#AzMİ) 20 yeni laboratoriyanın… pic.twitter.com/q2sMrc8Rnt

— Mammad A. Abbasbeyli (@MammadAbbasbey1) March 1, 2024
Geri qayıt