Birxeber.az / ​​​​​​​Kadri Simson: "Aİ enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır"

​​​​​​​Kadri Simson: "Aİ enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır"

1-03-2024, 19:40

Avropa İttifaqı (Aİ) enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.

“Birxeber.Az” xəbər verir ki, bunu bu gün Bakıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.

“Xəzər dənizi nəhəng külək enerjisi potensialına malikdir və bizim Azərbaycandan təmin edəcəyimiz bərpa olunan enerji Avropanın enerji məqsədlərinə çatmasına kömək edə bilər”, - o bildirib.

Bundan əlavə, komissar vurğulayıb ki, tərəflər mövcud qaz infrastrukturunun modernləşdirilməsinə çalışmalıdırlar.

K.Simson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi məsələsinə də toxunub: “Biz bu konfransın uğurla həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırıq”.

Geri qayıt