Birxeber.az / Azərbaycan XİN başçısı: Beynəlxalq sistem çökür, regional əməkdaşlığa ehtiyac var

Azərbaycan XİN başçısı: Beynəlxalq sistem çökür, regional əməkdaşlığa ehtiyac var

1-03-2024, 18:40

Regional əməkdaşlığa indi daha çox ehtiyac var.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür: "Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Çünki beynəlxalq sistem çökür. Bu baxımdan deyə bilərik ki, TDT xüsusi əhəmiyyətə malik təşkilatdır”.

Geri qayıt