Birxeber.az / Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

1-03-2024, 17:50

Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin martın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Müşfiq Cəfərov Azərbaycan – Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin ediləcək.

Geri qayıt