Birxeber.az / Hakan Fidan Qəzzada baş verənlərə görə beynəlxalq hüquq sistemini tənqid edib

Hakan Fidan Qəzzada baş verənlərə görə beynəlxalq hüquq sistemini tənqid edib

1-03-2024, 16:50

Qəzzada baş verənlər beynəlxalq hüquq sisteminin işləksiz qalmasının təzahürüdür.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ADF-2024-ün açılış mərasimi zamanı bildirib.

XİN rəhbəri qeyd edib ki, hazırkı dövrdə diplomatiyaya xüsusi ehtiyac var.

Onun sözlərinə görə, Qəzzadakı qətliamların olmamasını indi atılacaq addımlar təmin edəcək.

Nazir, həmçinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Türkiyə tərəfinin səylər göstərdiyini, danışıqları davam etdirmək üçün hazır olduğunu da vurğulayıb.

Geri qayıt